RU

Maduro Venesuelanın kompleks müdafiəsi haqqında qanunu təsdiqləyib

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Venesuela Prezidenti Nikolas Maduro parlament tərəfindən qəbul edilmiş “Kompleks milli müdafiə komandanlığı haqqında” qanunu imzalayıb.APA xəbər verir ki, bu barədə dövlət başçısı Venezolana de Televisión telekanalında çıxışı zamanı məlumat verib.“Qanun ölkə konstitusiyasına uyğun olaraq milli səviyyədə, eləcə də hər bir ştat və respublikanın 335 bələdiyyəsi səviyyəsində kompleks müdafiə komandanlıqlarının yaradılmasını nəzərdə tutur,” – deyə Maduro bildirib.

Prezidentin sözlərinə görə, yeni komandanlığın əsas vəzifəsi Milli Bolivar Silahlı Qüvvələrinin hər cür şəraitdə fəaliyyətə hazır olmasını təmin etməkdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
49
3
apa.az

4Источники