RU

Maduro “kompleks müdafiə” qanununu imzaladı

BAKI, 12 noyabr. TELEQRAF

Venesuela Prezidenti Nikolas Maduro parlament tərəfindən qəbul edilən “Kompleks müdafiə üzrə komandanlıq haqqında” qanunu imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı "Venezolana de Television" kanalında çıxışı zamanı məlumat verib.

Maduronun sözlərinə görə, qanun ölkə Konstitusiyasına uyğun olaraq milli səviyyədə, ştatlarda və 335 bələdiyyədə kompleks müdafiə komandanlıqlarının yaradılmasını nəzərdə tutur. Prezident qeyd edib ki, bu struktur Milli Bolivar Silahlı Qüvvələrinin istənilən şəraitdə fəaliyyətə hazır olmasını təmin edəcək.

O bildirib ki, qanunun imzalanması ilə bütün ərazilərdə müdafiə komandanlıqları formalaşdırılmalı və dərhal fəaliyyətə başlamalıdır.

Maduro vurğulayıb ki, kompleks müdafiə konsepsiyası ölkənin sülhün qorunmasına, hərtərəfli inkişafına və milli təhlükəsizliyə xidmət edir.

“Venesuela xalqı öz konstitusion hüquqlarını təmin etmək üçün bu müdafiə konsepsiyasını qəbul etməlidir,” - o bildirib.

Venesuela lideri həmçinin xatırladıb ki, son illər ərzində ölkə son 100 ilin ən ciddi xarici təhdidi ilə üzləşib.

Избранный
51
teleqraf.com

1Источники