Meksikanın “Monterrey” klubunun kapitanı, ispaniyalı futbolçu Serxio Ramos 13 noyabrda ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək “Latin Grammy Awards”ın (“Grammy”nin Latın Amerikası versiyası) aparıcısı kimi təsdiqlənib.
İdman.Biz-in larazon.es-ə istinadən verdiyi məlumata görə, bu il şou-biznesdə debüt edən Ramos səhnədə Enrike Banberi, Mon Laferte və Nikki Nikol kimi sənətçilərlə birlikdə çıxış edəcək.
Ramos hazırda “Monterrey” komandası ilə tətildədir və komanda mərasimlə eyni gündə, cümə axşamı məşqlərə qayıdacaq. Onun iştirakı Latın Amerikası musiqi tədbirində idman və şou-biznesin birləşməsini vurğulayır.