RU

Türkiyə MMN: Qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçi olub

Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) məlumat yayıb.

 

"Qəzaya düşən təyyarənin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 20 hərbçimiz olub. Qəza bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir", - məlumatda deyilir.

 

Qeyd edək ki, Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

 

Bildirilib ki, Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.

Избранный
24
34
senzor.az

10Источники