RU

Tramp BBC-ni məhkəməyə verməyə hazırlaşır

Tramp

ABŞ prezidenti Donald Tramp BBC-ni məhkəməyə vermək fikrindədir.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ lideri D. Tramp “Fox News”-a müsahibəsində bildirib.

Şikayətə səbəb kimi D. Trampın çıxışının təhrif edilməsi göstərilir.

“Düşünürəm ki, bunu etməliyəm, çünki insanların belə şeylər etməsinə icazə verə bilməzsən”,- deyə Tramp əlavə edib.

Qeyd edək ki, bir qədər əvvəl Ağ evin mətbuat katibi Karolina Levitt “The Telegraph” qəzetinə müsahibəsində Britaniya Yayım Korporasiyasını (BBC) “saxta xəbər agentliyi” adlandırmışdı. O, bu bəyanatı korporasiyanın 2021-ci ilin yanvarında Kapitoliyə hücumdan əvvəl ABŞ prezidenti Donald Trampın nitqinin mahiyyətini təhrif etdiyi barədə məlumatlardan sonra verib.

E. KAMAL
Избранный
45
1
reyting.az

2Источники