RU

Ulduz futbolçunun başına İŞ GƏLDİ - Polis HƏRƏKƏTƏ KEÇDİ

"Çelsi" klubunun 30 yaşlı hücumçusu Rahim Sterlinqin evi qarət olunub.

Musavat.com xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Hadisə şənbə axşamı baş verib. Məlumata görə, oğurluq zamanı futbolçu ailəsi ilə birlikdə evdə olub. Oğrular onların evdə olduğunu görən kimi hadisə yerindən qaçıblar.

Polis artıq şübhəlilərin şəxsiyyətini müəyyən edib.

Qeyd edək ki, Rahim Sterlinqin evi daha əvvəl də qarət olunub. 2022-ci ildə baş verən həmin hadisəyə görə, futbolçu Qətərdə keçirilən dünya çempionatında İngiltərə millisinin düşərgəsini tərk etmişdi.

Musavat.com

Избранный
30
50
musavat.com

10Источники