RU

Tayvanın mərkəzində 4,5 maqnitudalı zəlzələ baş verdi

BAKI, 12 noyabr. TELEQRAF

Tayvanın mərkəzində yerləşən Nantou dairəsində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Nantou şəhərindən 31,2 kilometr şimal-şərqdə, Guoxin qəsəbəsi yaxınlığında 23,7 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar yerli vaxtla səhər saat 04:26-da hiss olunub.

İlkin məlumata əsasən, xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb.

Избранный
50
teleqraf.com

1Источники