RU

Göygöldə maşın ağaca çırpıldı - 4 yaralı var

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində rayonun Hacıməlik kənd sakinləri,  2003 cü il təvəllüdlü Fuad Əsgərov, onun həmyaşıdı Elgün Tağıyev, 2002-ci il təvəllüdlü Hikmət Yusifov və onun qardaşı İsmət Yusifov müxtəlif dərəcəli bədən xəsarərləri ilə Gəncədə yerləşən xəstəxanaya çatdırılıblar. 

Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Избранный
34
1
bizim.media

2Источники