RU

ABŞ-ın Qəzza PLANI - 10 min nəfərlik...

ABŞ ordusu Qəzza zolağı yaxınlığında təxminən 10.000 nəfəri qəbul edə biləcək hərbi baza tikməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı "Bloomberg" agentliyi yayıb.

Bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri bir neçə şirkətdən "Qəzza zolağı yaxınlığında 10.000 kvadrat fut (929 kvadrat metr – red.) ofis sahəsi olan və 12 ay ərzində 10.000 işçini təmin edə bilən müvəqqəti muxtar hərbi bazanın tikintisi üçün smeta tələb edib. Podratçılar bazanı tam hazırlıqlı şəkildə tikməli və sonra enerji, qida, su və rabitə xidmətləri göstərməlidirlər.

ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisi agentliyə bildirib ki, ABŞ ordusunun tələbi beynəlxalq sabitləşdirmə qüvvələrinə bazanın yaradılması üçün ilkin planlaşdırma istiqamətində bir addımdır.

Musavat.com 

Избранный
20
musavat.com

1Источники