Globalinfo.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
İsrail mediasında bir müddətdir yayılan şayiələr bu gün rəsmi təsdiqini tapıb.
Nazir istefa qərarını Netanyahunun adına ünvanladığı iki səhifəlik məktubla ictimaiyyətə çatdırıb.
"Strateji məsələlər naziri kimi fəaliyyətimi dayandırmaq qərarına gəldiyimi sizə bildirmək istəyirəm," - deyə məktubda qeyd olunub.
Baş nazirin ofisi hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, Dermer bu vəzifəyə 2022-ci ildə təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31