RU

Yüksəklərə qaldırarq ay-ulduzlu bayrağını …

Bu gün ölkəmizdə Dövlət Bayrağı günü qeyd edilir. Hamınızı bu bayram günü münasibəti ilə ürəkdən təbrik edirəm. Hər evi qoruyan qapı ev sahibinin siması sayılır. Ev sahibi haqqında ilk təəssürat formalaşdırır. Türklüyün, müasirliyin və İslamın vəhdəti olan Azərbaycan bayrağı ölkəmizin əzəmətini, yenilikçiliyini, möminlikdən gələn humanizmi haqqında ilk baxışdaca təəssürat oyadır. İlk dəfə 1918-ci ildə yüksəldilən bayraq 1920-ci il işğalı ilə endirilsə də ürəklərdə daim yüksəlidi, dalğalandı düşüncələrdən endirilə bilmədi. Sovet dönəmində müxtəlif dövrlərdə müstəqillik uğrunda mübarizələrin aparılması bunu deməyə əsas verir. SSRİ adlanan imperiyanın gücünü itirsə də dağılmadığı bir zamanda 1988-ci ildə müstəqillik arzusu ilə kütləvi nümayişlərə çıxan xalqımız 1918-ci ildə bəri evlərdə saxlanılmış müstəqillik bayrağımızı müydanlarda dalğalandırdı. Müasir Azərbaycanın memarı, Ulu öndər Heydər Əliyev Azərbaycan bayrağını Naxçıvan Muxtar Respublikasının Milli Məclisində rəsmi Dövlət bayrağı kimi dalğalandırdı. Bununla da bayrağımıza rəsmi status verildi dünyaya Azərbaycanın müstəqilliyinin elan edilməsi mesajı verildi.

Kövrək müstəqillik dönəmində ordumuzun tam formalaşmaması və hərbi texnikanın demək olarki olmaması nəticəsində ərazilərimizdə bayrağımızın dalğalanmasını təmin edəcək güc yox idi. Bu səbəbdən 20 faiz ərazimizdə şanlı bayrağımızı separatçı qüvvələrin bayraq adlandırdığı əski parçası əvəz etdi. Bu əski parçası ekologiyanı korlayıb ürəkləri bulandırır və həmin əski parçasına tapnan bayquşlar özlərinə layiqli yuva qura bilmək üçün həmin əraziləri xarabalığa çevirdilər. 30 illik işğal dövründə ölkəmizdə bütün sahələr kimi hərbi sahə də sürətlə dünya standartına uyğunlaşdırılır, ordumuz həm xarici həm də yerli istehsal olan ən müasir silahlarla təmin edilirdi. Bayrağına uyğun olaraq çoxşaxəli siyasət quran ölkəmiz diplomatik danışıqların mümkünsüzlüyünə tam əmin olandan sonra düşmənə anlayacağı dildə cavab verməyi qərarlaşdırdı. Və nəhayət həqiqət anının yetşdiyi məqamda Müzəffər ordumuz və müdrik xalqımız əllərində şanlı bayrağımızla Dəmir yumruq ətrafında birləşdi. Xalqla dövlətin vəhdətiylə qazanılan Zəfər dünyaya dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.

Bu gün şanlı bayrağımız hər qarış torpağımızda dalğalanır, nuruyla işğal dönəmində hərtərəfli viran qoyulmuş ərazilərimizin bütün yaralarını qısa müddətdə sağaldır. Yaradıcılığını təbliğ etdiyimiz bəstəkar-şair-ifaçı Bəhram Nəsibov həm bayrağımızı həm də rənglərinin mənalarını ayrı-ayrılıqda vəsf edib:

Canımızla, qanımızla qoruyarıq torpağını

Yüksəklərə qaldırarıq ay-ulduzlu bayrağını.

Vaxtı ikən Azərbaycana üstən aşağı baxmağa cəhd edənlər Azərbaycanın böyüklü qarşısında cılızlaşdıqlarının şahidi olurlar. Bu gün hər sahədə iri addımlarla addımlayan Azərbaycanın ordusu nəinki təkcə Azərbaycanda həmçinin xarici ölkələrdə də qardaş Türkiyə və Pakistan orduları ilə birlikdə sülhün qarantı kimi iştirak edib həmin ölkələrdə də şanlı Azərbaycan bayrağını dalğalandırır. Müasir dünya hərbində sözünü deyən Azərbaycan və qardaş Türkiyə - Pakistan ordularının birliyini hər dəfə görəndə məşhur Türk şairi Yahya Kemal Beyatlının şeirini xatırlayıram:

Şu kopan fırtına Türk ordusudur ya Rabbi.

Senin uğrunda ölen ordu budur ya Rabbi.

Ta ki yükselsin ezanlarla müeyyed namın,

Galib et, çünkü bu son ordusudur İslamın.

 

Adil Nəsibov

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri

Избранный
35
qht.az

1Источники