Tayvanın mərkəzindəki Nantou qraflığında 4,5 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin episentri Nantou şəhərindən 31,2 km şimal-şərqdə, Qousin kəndi ərazisində, 23,7 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində tələfat və ya dağıntı barədə məlumat verilməyib.