Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata əsasən, hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Şəmkir, Gəncə, Balakən, Qusar, Şamaxı, Qobustan, Bərdə, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Yevlax, Tərtər, Mingəçevir, Biləsuvar və Ağdamda duman müşahidə olunur. Görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır.