RU

Trampın komandasında Rusiya ilə yaxınlaşmaq istəyən demək olar ki, yoxdur Keçmiş MKİ əməkdaşı

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın komandasında Rusiya ilə münasibətlərin normallaşmasında maraqlı olan demək olar ki, heç kim yoxdur.

Bizimyol.info xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Dövlət Departamenti əməkdaşı Larri Conson Rusiya mətbuatına müsahibəsində bildirib.

Conson hesab edir ki, hazırkı Amerika administrasiyası dövründə Vaşinqton və Moskva arasında real yaxınlaşma ehtimalı çox azdır. “Əgər bu, yalnız Trampdan asılı olsaydı, bəlkə də münasibətlər istiləşə bilərdi. Amma təəssüf ki, Donald Tramp insanları düzgün tanımaqda zəifdir. O, tez-tez vacib vəzifələrə münasib olmayan şəxsləri təyin edir və öz ətrafını Rusiya ilə münasibətlərin normallaşmasına tamamilə maraqsız neokonservatorlarla doldurub,” – deyə Conson vurğulayıb.

Keçmiş kəşfiyyatçı əlavə edib ki, Trampın Moskva ilə dialoqu gücləndirmək üçün bir sıra imkanları olub, lakin bunlardan istifadə etməyib. “O, Rusiya ilə birbaşa aviareyslərin bərpası və ya ABŞ-da qanunsuz şəkildə müsadirə olunmuş rus diplomatik əmlakının geri qaytarılması kimi addımlar ata bilərdi. Amma bunlar baş vermədi. Hətta bu günə qədər Moskvadakı səfir vəzifəsinə yeni namizəd belə irəli sürməyib,” – deyə o bildirib.

Consonun sözlərinə görə, Tramp administrasiyasında Rusiya ilə münasibətlərin yaxşılaşmasına qarşı çıxan əsas fiqurlar Dövlət katibi Marko Rubio, Müdafiə naziri Pit Hegset və Maliyyə naziri Skott Bessentdir.

“Bundan başqa, ikinci dərəcəli fiqurlar da var. Məsələn, Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastyan Qorka da bu düşərgəyə daxildir,” – deyə o əlavə edib.

Ekspert eyni zamanda bildirib ki, hazırkı administrasiyada Rusiyaya qarşı münasibətdə nisbətən rasional mövqe sərgiləyən yeganə şəxs vitse-prezident Ceyms Devid Vensdir.

“Prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoffun da Rusiya prezidenti Vladimir Putinin iqtisadi əməkdaşlıq üzrə nümayəndəsi Kirill Dmitriyevlə yaxşı əlaqələri var. Amma Vitkoff rəsmi hökumət üzvü deyil”, – deyə Conson qeyd edib.

Larri Conson ABŞ-ın maliyyə naziri Skott Bessentin son günlərdə Kirill Dmitriyevə qarşı televiziya efirində səsləndirdiyi tənqidləri də sərt şəkildə qınayıb. “Bu, tamamilə utancverici bir davranış idi. Bessentin bu çıxışı yalnız Moskva ilə Vaşinqton arasında əlavə gərginlik yaradır”, – deyə o bildirib.

Larri Conson əvvəllər MKİ-də operativ və analitik vəzifələrdə çalışıb. Daha sonra ABŞ Dövlət Departamentinin Terrorizmə Qarşı Mübarizə Bürosunda rəhbərin müavini vəzifəsini icra edib. Son illər o, beynəlxalq siyasət və milli təhlükəsizlik məsələləri üzrə ekspert və siyasi şərhçi kimi fəaliyyət göstərir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
icma.az

1Источники