RU

Azərbaycanı duman bürüyüb GÜNÜN HAVASI

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Noyabrın 12-si saat 8:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin Lent.az-a verdiyi məlumata görə,, noyabrın 12-si saat 8:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi dumanın əmələ gəlməsinə səbəb olub.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Şəmkir, Gəncə, Balakən, Qusar, Şamaxı, Qobustan, Bərdə, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Yevlax, Tərtər, Mingəçevir, Biləsuvar və Ağdamda duman müşahidə olunur. Görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin noyabrın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
10
lent.az

10Источники