RU

“Oğluma müğənni qız almaram”

Tanınmış aşıq Mübariz Camaloğlu verdiyi son açıqlaması ilə sosial mediada geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, sənətçi qonaq olduğu verilişdə oğlunun gələcək ailə həyatı ilə bağlı fikirlərini bölüşüb:

"Oğluma müğənni qız almaram. Mənim tərbiyəmdə böyüyübsə, sözümə baxacaq. Əvvəlcədən ailə qurmasına icazə vermərəm, çünki bilirəm ki, o ailə dağılacaq. O qız oxuyacaq, oğlum da qısqanacaq. Axırda problem yaranacaq".

Camaloğlunun bu fikirləri birmənalı qarşılanmayıb. Bəziləri aşığın mövqeyini "ənənəvi ailə dəyərlərinin qorunması" kimi dəyərləndirib, digərləri isə "sənət adamlarına qarşı stereotip yanaşma" olduğunu qeyd ediblər.

Musa
Milli.Az

Избранный
36
2
milli.az

3Источники