RU

Yer kürəsini çox güclü maqnit qasırğasıBÜRÜYÜB

Yer kürəsinə planetar miqyasda çox güclü maqnit qasırğası təsir göstərib. Qasırğa demək olar ki, ən yüksək  G5 səviyyəsinə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası Telegram kanalında məlumat yayıb.

Məlumata görə, güclü maqnit qasırğası son günlərdə müşahidə olunan ekstremal günəş partlayışlarının nəticəsində yaranıb və hazırda onun səviyyəsi G4.66 olaraq qeydə alınıb.

“Hazırkı geomaqnit vəziyyəti proqnozlarla müqayisədə izaholunmaz dərəcədə fərqlənir. Planetə bu gecə yalnız üç gözlənilən plazma atılmasından birincisinin - ən zəifinin - çatacağı və G1-G2 səviyyəsində zəif qasırğalar yaradacağı ehtimal olunurdu,” - deyə alimlər bildiriblər.

Onların sözlərinə görə, bu vəziyyətin yeganə izahı ilin ən güclü günəş partlayışı  X5.1 sinifli partlayış nəticəsində yaranan plazma bulududur. O, rekord sürətlə hərəkət etdiyindən, öncə irəliləyən daha zəif plazma axınlarını artıq tutub və sıxışdıraraq onların temperaturunu, sıxlığını və maqnit gücünü kəskin artırıb.

Alimlər maqnit qasırğasının əsas təsir pikinin günün ortalarında müşahidə olunacağını proqnozlaşdırırlar.

Aytəkin TOFİQQIZI

Избранный
47
redaktor.az

1Источники