"Qarabağ" klubu dünya reytinqində irəliləməyə davam edir.

Offsideplus.az xəbər verir ki, "köhlən atlar" bu dəfə nə az, nə çox düz 17 pillə irəliləyib. Onlar 82-ci yerdən 65-ə yüksəlib.

Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) məlumat yayıb.

"Qarabağ"ın aktivində 192,25 xal var.

Azərbaycanın digər klublarından "Sabah" 276, "Zirə" 387, "Araz-Naxçıvan" isə 390-cı yerdədir.

Siyahıya 567 xalla PSJ başçılıq edir.