RU

Diddi həbsxanada keşişin köməkçisi olub

Yazını böyüt
Yazını kiçilt

Nyu-Cersidəki Fort-Diks Həbsxanasında cəza çəkən məşhur amerikalı reper P.Diddi həbsxana keşişinin köməkçisi kimi çalışır.

Hafta.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Məlumata görə, həbsxanada bu vəzifə imtiyazlı sayılır. Belə ki, keşişin köməkçisinin kondisionerlə təchiz olunmuş ayrıca otağı var. Reperin vəzifələrinə keşişin ofisini təmizləmək, qeydləri aparmaq və kitabxanaya nəzarət etmək daxildir.

Qeyd edək ki, oktyabrın əvvəlində P.Diddi (əsl adı Şon Kombs) insan alveri və fahişəliyə cəlbetmə ittihamları ilə 4 ildən çox müddətə azadlıqdan məhrum edilib.

Избранный
20
hafta.az

1Источники