RU

“ABŞ Çin gərginliyi qızıl bazarını bahalaşdırır” İQTİSADÇI

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son günlər qlobal əmtəə bazarlarında qiymət dəyişkənliyi fonunda dünya birjalarında həm gümüşün, həm də qızılın qiymətində artım müşahidə olunur.

Bu dinamika regional iqtisadiyyatlara, xüsusilə də Azərbaycan bazarına təsirlər baxımından diqqət çəkir.

Bəs dünya birjalarında qızıl və gümüşün bahalaşmasının əsas determinantları hansılardır və bu qiymət artımı Azərbaycanda daxili bazarın qiymət dinamikasına hansı kanallar vasitəsilə təsir göstərə bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Xalid Kərimli vurğulayıb ki, Amerika ilə Çin arasındakı artan gərginlik də qızıl qiymətlərini artıran amillərdən biridir:

“Qızılın qiymətləri yüksəlməkdə davam edir. Artıq son bir ildə qızılın dəyəri 58 faizdən çox artıb. Qızıl ilk dəfə 400 min dollarlıq səviyyəni keçib və bu göstərici rekord hesab olunur.

Qızılın qiymətinin artmaqda davam etməsinin əsas səbəbləri dünya mərkəzi banklarının qızıl almaqda davam etməsi, qızıl fondlarına maliyyə axınının yüksəlməsi, həmçinin qlobal miqyasda qeyri-müəyyənlik və gərginliyin azalmamasıdır. Bu amillər qızılı sığorta və risk hedcing aləti kimi daha da cazibədar edir.

Bundan başqa, son baş verən hadisələr Amerika Mərkəzi Bankının (FED) faiz dərəcələrini daha da aşağı salmaq ehtimalını artırıb. Əgər əvvəlki proqnozlar FED-in faiz endirimi qərarını 90 faiz ehtimalla mümkün sayırdısa, hazırda bu ehtimal 97 faizə yüksəlib.

Amerika ilə Çin arasındakı artan gərginlik də qızıl qiymətlərini artıran amillərdən biridir. Bu gərginliyin gələcəkdə ABŞ əmək bazarına mənfi təsir göstərəcəyi və nəticədə FED-in yenidən faiz endiriminə gedəcəyi narahatlığını yaradır. Bütün bu faktorlar isə qızıl bazarında riskə həssas davranışları daha da gücləndirir.

Bank of America və Societe Generale öz proqnozlarını yeniləyərək qızılın qiymətinin müvafiq olaraq 4488 və 5000 dollara qədər yüksələ biləcəyini bildiriblər. Onların hesablamalarına görə, 2026-cı ildə qızıl 4500–5000 dollar intervalında olacaq. Qızılın qiymətinə dair bu optimist proqnozlar bazarda alışları artırır və görünən odur ki, yüksəliş tendensiyası 2026-cı ildə də davam edəcək.

Qızıl qiymətlərinin artmasının Azərbaycana da təsiri mövcuddur. Müsbət təsirlər əsasən Azərbaycan Dövlət Neft Fondunun ehtiyatlarının 25–26 faizinin qızılda saxlanılması ilə bağlıdır”.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
icma.az

1Источники