RU

İsrailli nazir istefa verdi

İsraildə ifrat sağçı koalisiya hökumətinin strateji məsələlər üzrə naziri Ron Dermer təxminən üç ildən sonra tutduğu vəzifədən istefa verib.

Turkustan.az xəbər verir ki, Dermer istefa məktubunu İsrailin baş naziri Benyamin Netanyahuya təqdim edib.

İstefa məktubunda “daxili və xarici təzyiqlərə qarşı dik durduğunu” iddia etdiyi Netanyahuya təşəkkür edən Dermer, ifrat sağçı hökumətin həm 7 oktyabr hücumu, həm də ondan sonrakı iki illik “yeddi cəbhədə aparılan müharibə” ilə yadda qalacağını bildirib.

Dermer 2022-ci ildə vəzifəyə başlayarkən ailəsinə cəmi iki il nazir vəzifəsini icra edəcəyinə söz verdiyini, lakin nazir kürsüsündə səlahiyyət müddətini iki dəfə uzatmalı olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
27
turkustan.az

1Источники