RU

“SoftBank” “Nvidia”dakı payını $5,8 milyarda satıb

“SoftBank” süni intellekt (Sİ) sahəsinə investisiyaları maliyyələşdirmək məqsədilə “Nvidia” şirkətindəki payını 5,8 milyard dollara satıb, bu barədə “Bloomberg” agentliyi məlumat verib. Agentliyin qeyd etdiyinə görə, “Nvidia” payının satılması “SoftBank”ın qurucusu Masayosi Sonun çoxsaylı layihələri maliyyələşdirmək üçün vəsaitə ehtiyacı olduğunu göstərir.

Bu satış, “Bloomberg”in yazdığına əsasən, “Alphabet” və “Meta” kimi böyük texnoloji şirkətlərin xərclərinin gələcəkdə nə dərəcədə özünü doğruldacağı ilə bağlı mübahisələrin fonunda baş verib.

İndi “SoftBank” özünə məxsus “Vision Fund” vasitəsilə “OpenAI”ya 22,5 milyard dollar məbləğində vəd etdiyi investisiyanı yönəldəcək və əvvəlki ilkin şərtlərdən imtina edəcək. Bundan əlavə, “SoftBank” ABŞ-nin çip istehsalçısı “Ampere Computing LLC”ni 6,5 milyard dollara almağı planlaşdırır.

“The Wall Street Journal” yazır ki, “SoftBank” ötən il süni intellektə böyük mərc edib. Şirkət bu ilin əvvəlində “OpenAI”ya 7,5 milyard dollar sərmayə yatırıb və yanvara qədər daha 22,5 milyard dollar investisiya qoymağı planlaşdırır. Bununla da “SoftBank” ChatGPT-nin yaradıcı şirkətinə digər bütün investorlardan daha çox vəsait yatırmış olur.

“Bloomberg” xatırladır ki, “SoftBank” “Nvidia”nın səhmlərini artıq 2019-cu ildə satmışdı, lakin 2020-ci ildə şirkət az miqdarda payları yenidən almağa başlamışdı. Martın sonunda “SoftBank” ABŞ çip istehsalçısındakı payını təxminən 3 milyard dollara qədər artırdığını bildirmişdi.

2024-cü ilin oktyabrında ilk dəfə olaraq “Nvidia”nın bazar kapitallaşması 5 trilyon dollardan çox təşkil edib. Bir neçə ay əvvəl şirkət 4 trilyon dollarlıq bazar dəyərini keçən ilk şirkət olub. Həmin ayın əvvəlində isə “OpenAI”nin qiymətləndirilməsi 500 milyard dollara çatıb, bununla da ChatGPT yaradıcısı dünyanın ən bahalı özəl şirkətinə çevrilib.

Избранный
29
banker.az

1Источники