RU

NATO-dan Türkiyəyə başsağlığı

Hurriyyet.az xəbər verir ki, Gürcüstanda hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar NATO-nun baş katibi Mark Rutte Türkiyəyə başsağlığı verib. Bu barədə alyansın sosial media səhifəsində açıqlama verilib.

Dünən axşam saatlarında dərc edilmiş yazıda deyilir: "Müttəfiqimiz Türkiyəyə və bu gün baş verən faciəli qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Türkiyə Silahlı Qüvvələrinə, xüsusən də alyansda xidmət bütün hərbçiləri kişilərə və qadınlara təhlükəsizliyimizi qorumaq üçün hər gün etdiklərinə görə dərin minnətdarlığımızı bildiririk”. 

Hürr Tərcüman

 

Избранный
14
hurriyyet.az

1Источники