RU

Qazax Dövlət Dram Teatrında Bir, iki bizimki! tamaşasının premyerası keçirilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qazax, 12 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax Dövlət Dram Teatrının səhnəsində Xalq yazıçısı Kamal Abdullanın "Bir, iki - bizimki!" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın direktoru, rejissor Allahverdi Musayevin quruluş verdiyi səhnə əsəri insan münasibətlərinin incə psixoloji qatlarını, axtarış və anlaşma arasındakı ziddiyyətləri əks etdirir.

Rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Allahverdi Musayev, rejissor assistenti Ceyhun Vəlizadə olan tamaşada obrazları Əməkdar artist Xəzər Gəncəli, aktyorlar Rüfət Ömər, Zəmanə Dərviş, Xaqan Qurbanov və Səbinə Yusifova canlandırırlar.

Dünyagörüşü fərqli olan iki insanın dialoqu, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, mübahisəsi, qovuşmaq arzuları üzərində qurulan səhnə əsəri teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
azertag.az

2Источники