RU

Paşinyan Qarabağla bağlı sənədləri açıqlayır - gizli detallar üzə çıxır

Paşinyan sosial media hesabında yazıb ki, danışıqlar prosesi ilə bağlı sənədlər yaxın vaxtlarda dərc olunacaq. Baş nazirin sözlərinə görə, bu sənədlər ictimaiyyətə təqdim olunduqdan sonra Ermənistanın digər qüvvələrin əlində “xalta” kimi istifadə edilmək istəyi tam sübuta yetiriləcək.

Məsələ ilə bağlı  siyasi şərhçi İlyas Hüseynov bildirib ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca daxili siyasi gərginlik daha da artır:

“Xüsusilə Sərkisyan və Köçəryanın Paşinyan tərəfindən ifşa olunması ilə bağlı fikirlər cəmiyyətdə geniş müzakirə doğurub. Paşinyanın Qarabağ məsələsinə dair sənədləri dərc edəcəyini bildirməsi sensasion bəyanat kimi qiymətləndirilə bilər.”

Şərhçiyə görə, Paşinyanın açıqlamaları həm seçki öncəsi taktiki addım, həm də keçmiş hakimiyyətlərə qarşı təzyiq vasitəsidir:

“Ehtimal etmək olar ki, Köçəryan və Sərkisyan dövrlərində Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar, eləcə də ATƏT-in Minsk qrupu çərçivəsində aparılan müzakirələrdə təslimçilik elementləri yer alıb. Əgər bu sənədlər dərc edilərsə, Paşinyanın siyasi mövqeyi güclənər.”

İlyas Hüseynovun fikrincə, bu addım Paşinyana seçki ərəfəsində üstünlük qazandıra bilər:

“Paşinyan hazırda inzibati resurslardan istifadə edərək seçkilərdə qələbə qazanmaq, həm keçmiş Qarabağ klanına, həm “5-ci kolon”a, həm də onu sevməyən diaspor və erməni kilsəsinə qarşı sarsıdıcı zərbə endirmək istəyir.”

Ekspert əlavə edib ki, sənədlərin dərc edilməsi Ermənistanın Rusiya ilə münasibətlərində ciddi gərginlik yarada bilər, lakin tam qırılma gözlənilmir:

“Moskva ilə münasibətlərdə soyuqluq olsa da, Ermənistan tamamilə Rusiyadan uzaqlaşa bilməz. Lakin bu addım Paşinyanın Qərbə yaxınlaşmaq kursunu daha da açıq şəkildə nümayiş etdirmiş olacaq.”/// NOCOMMENT.az

Избранный
16
news365.az

1Источники