RU

Qanun pozuntularının qarşısının alınması ilə bağlı prokurorun birbaşa təsir aləti mövcuddur Kamran Əliyev

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Qanun pozuntularının qarşısının alınması və aradan qaldırılması üçün prokurorun birbaşa təsir alətləri mövcuddur.

525.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Konstitusiyasının 30 illiyi münasibətilə "Бакинский рабочий" qəzetinə müsahibəsində deyib.

Baş prokuror qeyd edib ki, hüquq pozuntularından çəkindirmə məqsədilə - xəbərdarlıq, aşkarlanmış pozuntunun və onu doğuran səbəb–şəraitin aradan qaldırılması üçün - təqdimat, təhqiqat və ibtidai istintaq orqanlarına prosessual qanunauyğunluğun təmin edilməsi barədə - yazılı göstəriş, hüquqları və dövlət/ictimai maraqları müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edir, məhkəmə aktlarının qanunauyğunluğuna yenidən baxılması tələbi ilə protest verilir:

"Cinayət prosesi sahəsində prokurorun nəzarəti qanunçuluğun bərpasına, həm də Konstitusiyada təsbit olunmuş təqsirsizlik prezumpsiyası və müdafiə hüququ kimi təminatların real qorunmasına xidmət edir.

Prokuror inzibati xəta haqqında işlər üzrə icraata da nəzarət edir: pozuntu aşkarlandıqda təqdimat və digər təsir aktları göndərilir, zəruri hallarda səlahiyyətli orqanın qərarlarından protest verilir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
2
525.az

3Источники