RU

Bakıda evlərin qiymətini onlar qaldırır

ain.az, Metbuat saytına istinadən bildirir.

Bakıda və Bakıətrafı qəsəbələrdə daşınmaz əmlakın qiymətinin sürətlə artması ciddi sosial problemə çevrilib. Artıq sadə vətəndaşlar deyil, tanınmış simalar, kifayət qədər qazancı olan təminatlı şəxslər də Bakının mərkəzindən ev ala bilmirlər.

Metbuat.az-ın məlumatına görə, tanınmış telejurnalist Rövşanə Ağasəfqızı qiymət artımı ilə bağlı narazılığını açıq şəkildə dilə gətirib. O, paytaxtda satışa çıxarılan evlərin qiymətlərinin orta statistik azərbaycanlının büdcəsinə uyğun olmadığını deyib.

Əməkdaşımız bu məsələni araşdırıb. Məlum olub ki, daşınmaz əmlakın qiymətinin artması müxtəlif səbəblərlə bağlıdır. Onlardan biri tikinti materiallarının qiymətinin artmasıdırsa, digəri isə ölkədə baş verən ümumi bahalaşma ilə əlaqədardır. Ərzağın, digər məhsulların qiyməti artdığı üçün inşaat sektorunun tələblərinə cavab verən ucuz işçi qüvvəsi tapmaq müşkülə çevrilib.

Mütəxəssis Nahid Hacıyev bizimlə söhbət zamanı daşınmaz əmlakın, xüsusilə evlərin qiymətinin artmasında əmlak satışı ilə məşğul olan şəxslərin birbaşa rol oynadığını bildirib. Onun sözlərinə görə, "maklerlər" Bakının mərkəzində vətəndaşın satmaq üçün onlara təklif etdiyi evin qiymətinin üzərinə bəzən 30-40 min manat pul əlavə edirlər: "Bakıətrafı qəsəbələrdə bu məbləğ 10-15 min civarında olur. Dəfələrlə şahidi olmuşam ki, vətəndaşın Yeni Ramanada, Binədə, Hövsanda 70 min manata satmaq istədiyi evi "maklerlər" müştərilərə 80-85 min manata təklif ediblər".

Mütəxəssis ev almaq və evini satmaq istəyən səxslərə əmlak satışı ilə məşğul olan adamların deyil, sosial şəbəkələrin yaratdığı imkanlardan yararlanmağı tövsiyə edib. O, bu məsələdə şəxsi əlaqələrin də xüsusi rol oynadığını vurğulayıb.

Kənan İsmayılov / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
1
metbuat.az

2Источники