Portalın yeni versiyası funksional baxımdan təkmilləşdirilib və bir sıra innovativ xüsusiyyətlərlə zənginləşdirilib. Bu barədə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausman sosial mediada paylaşım edərək bildirib ki, Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən layihə sayəsində “Growth Lab” hazırda 140 ölkəyə 2 trilyon dollarlıq qlobal enerji keçidi imkanında necə iştirak edə biləcəklərinə dair məlumatları təqdim edə bilir.
Great to launch Greenplexity 2.0 to coincide with COP30. It helps 140 countries find paths to participate in the value chains that will power the energy transition. Thanks to the Gov of Azerbaijan, who supported this research in the context of their presidency of COP. Enjoy!!! https://t.co/Vj7kzF8rHE — Ricardo Hausmann (@ricardo_hausman) November 5, 2025
Alətin məqsədi ölkələrə hansı məhsulları istehsal etməklə enerji keçidi prosesində iştirak edə biləcəklərini göstərməkdir. Portal həmçinin Greenplexity İndeksi adlı göstəricini təqdim edir. Bu indeks ölkələri qarşıdakı enerji keçidinə hazırlıq səviyyəsinə görə sıralayır. Greenplexity İndeksinə əsasən, ilk beşlikdə Yaponiya, Almaniya, Çexiya, Fransa və Çin qərarlaşıb. Qeyd edək ki, Braziliyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin əməkdaşlığı nəticəsində yaradılmış “Yaşıl artım portalı”nın yekun versiyası qlobal ictimaiyyətə təqdim ediləcək.Bu layihə Azərbaycanın aşağı karbonlu, innovasiyaya əsaslanan və bilik yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində apardığı məqsədyönlü siyasətin növbəti mühüm addımı hesab olunur. Həmçinin layihə Azərbaycanın yaşıl keçidin iqtisadi imkanlarının genişləndirilməsi və iqlim dayanıqlığının möhkəmləndirilməsi istiqamətində beynəlxalq səviyyədə liderliyini daha da gücləndirir.