Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və Türkiyə xalqına başsağlığı verib.
Avtosfer.az xəbər verir ki, bu barədə MN-in sosial şəbəkə hesabında paylaşım edilib.
“Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Başın sağ olsun, Türkiyə! Sizin acınız, bizim acımızdır! Allah rəhmət eləsin!”, - paylaşımda bildirilib.
