RU

Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşlarının məbləğlərində dəyişiklik edilib.

Busaat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2025-ci il 25 aprel tarixli 138 nömrəli qərara dəyişikliklər edilib.

Qərar, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 iyun tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.

Yeni dəyişikliklərə əsasən, maaş cədvəlində bir sıra vəzifələr üzrə artımlar təsdiqlənib. Qərarın əlavəsində göstərilən bəzi maddələr isə 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək.

Избранный
18
2
busaat.az

10Источники