Metbuat.az xəbər verir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub. Bayram ərəfəsində, bayram və qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə *1360* reys həyata keçirilib, *39982* sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 250-dən çox reys həyata keçirilib.Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə *1477* reyslə *21193* sərnişin daşınıb. Biletlər avtovağzalın kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin *45%-i* biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başına çatdırılması təmin edilib.