Ermənistanda sabiq prezidentlər - Robert Kğçəryan və Serj Sarkisyanının sadiq tərəfdarı, sabiq deputat və Zəngəzur mis-molibden kombinatının keçmiş idarə heyəti üzvü Vaqe Akopyan axtarışa verilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Baş Prokurorluğu yayıb.
Mənbə qeyd edir ki, 31 oktyabr 2025-ci il tarixində bir sıra maddələri üzrə başlanan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs kimi tanınan Vaqe Akopyan barəsində axtarış elan edilib.
Böyük ehtimalla, o da indi Moskva ətrafında “Rusiya vətəndaşı” statusu ilə yeni göstərişləri gözləyənlər sırasına qoşulub.
Bizim.Media