RU

Suriya prezidenti: "Rusiyaya ehtiyacımız var"

Suriya prezidenti Əhməd Əl Şaraa Rusiyanın dəstəyinə ehtiyac duyduqlarını bildirib.

Publika.az xəbər verir ki, Suriya lideri bu fikirləri "The Washington Post" qəzetinə müsahibəsində səsləndirib.

"Bizə Rusiya lazımdır, çünki o, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvüdür. Biz onların müəyyən məsələlərdə bizim tərəfimizdə olmasını istəyirik və Rusiya ilə strateji maraqlarımız var. Biz Rusiyanı Suriya probleminin alternativ və ya digər həll yollarına sövq etmək istəmirik", - Şaraa qeyd edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və suriyalı həmkarı Əhməd Əl Şaraa oktyabr ayında görüş keçirərək müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Liderlər enerji, nəqliyyat, turizm, səhiyyə, mədəniyyət və humanitar sahələrdə konkret layihələri qiymətləndiriblər.

Избранный
11
publika.az

1Источники