RU

Qadın sərnişin mübahisə etdiyi taksi sürücüsünü vurdu - ANBAAN VİDEO

İstanbulda taksi sürücüsü qadın sərnişin tərəfindən hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, qadın sərnişin sürücünü məsafəni qəsdən uzadaraq gediş haqqını artırmaqda ittiham edib.

Hadisə zamanı baş verən mübahisə və hücum anı avtomobildəki kamera tərəfindən saniyə-saniyəsinə lentə alınıb.

Məlumata görə, qadın sərnişin gediş haqqını az ödəmək istədikdə, taksi sürücüsü tam məbləği tələb edib. Bu zaman qadın mobil telefonla sürücünün başına zərbə endirib.

Hadisədən sonra qadın sərnişin polisə zəng vurub və avtomobili tərk edərək evinə gedib. Taksi sürücüsü isə onun polis gələnə qədər gözləməsini istəyib. Qadın maşından düşərkən sürücüyə yenidən hücum edərək başına vurub.

Hadisə ilə bağlı istintaq aparılır, taksidə baş verən mübahisə anları isə kameralara düşüb və sosial mediada geniş rezonans doğurub.

Musavat.com

Избранный
9
musavat.com

1Источники