RU

Türk ekspertlərdən iddialar: Toqquşma, təxribat və ya hücum...

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Türkiyədə təhlükəsizlik üzrə ekspertlər Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsinin noyabrın 11-də Gürcüstanda qəzaya uğramasının səbəbləri, o cümlədən xarici təsir ehtimalı ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürüblər.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hərbi ekspert Coşqun Başbuğ bildirib ki, müxtəlif versiyalar nəzərdən keçirilməlidir:

“Qəzaya səbəb kimi texniki nasazlıq istisna edilməlidir. Eyni amil hava şəraitinə də aiddir, çünki pis hava olsaydı, müvafiq orqanlar məlumat verərdi. Qalan versiyalara isə havada toqquşma, təxribat və ya hücum daxildir”.

Digər türkiyəli təhlükəsizlik eksperti İbrahim Keleş də oxşar versiya səsləndirib:

“Fəlakətin səbəbləri ilə bağlı müxtəlif versiyaları nəzərdən keçirmək lazımdır: texniki nasazlıq, pilot xətası, mövsümi və hava şəraiti, zəif görmə. Amma xarici təsir ehtimalı da var”.

Hərbi ekspert Kazım Dalkıran da öz növbəsində C-130-ların hava hücumundan müdafiə sistemləri ilə vurula biləcəyini istisna etməyib:

“Sərhəd bölgələrində naməlum təyyarələr daimi döyüş hazırlığı vəziyyətində olan bəzi hava hücumundan müdafiə sistemləri tərəfindən avtomatik olaraq vurula bilər. Amma bu məsələdə təbii ki, Türkiyə Müdafiə Nazirliyinin açıqlamalarını gözləməliyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
4
axar.az

5Источники