RU

Bakıda poliklinikanın həyətində baş verən torpaq sürüşməsinin SƏBƏBİ BİLİNDİ

Xətai rayonunda torpaq sürüşməsi ərazidən keçən magistral su xəttindəki qəza və sızma nəticəsində baş verib.

Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, xətdə baş verən sızma nəticəsində torpaq qatı sürüşüb. Artıq problem aradan qaldırılıb, su xətti bərpa olunub. Hazırda ərazidə təmizlik işləri görülür.

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən torpaq sürüşməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Oxu.Az-a Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.

Bakıda

O bildirib ki, baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədirlər. Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.

Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.

Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üzərinə tökülüb.

İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.

Избранный
26
5
editor.az

10Источники