RU

Venesuela ABŞ-la müharibəyə hazırlaşır

Venesuela

Venesuela müdafiə naziri Vladimir Padrino Lopez ABŞ-ın Karib dənizi bölgəsində artan hərbi fəaliyyətini əsas gətirərək, ölkədə 200.000 əsgərin səfərbər olunduğunu elan edib.

Reyting.az
-ın məlumatına görə, Lopez sosial media hesabında bildirib ki, 200.000 əsgərin səfərbər edilməsi ölkənin üzləşdiyi təhdidlərə hazırlıq məqsədi daşıyır və yeni təlimlərin bir hissəsi hesab olunur.

ABŞ-ın Karib dənizindəki hərbi fəaliyyətini hədəf alan Lopes deyib:

“Karib dənizində sülh ABŞ Dövlət Departamenti tərəfindən uydurulmuş yalan üzündən təhlükə altındadır. Bu yalan diqqəti ABŞ-dakı ciddi daxili problemlərdən yayındırmaq məqsədi daşıyır. Onlar Venesuelaya qarşı yalanlarını, uyğunsuzluqlarını və kinli hücumlarını davam etdirəcəklər. Bizim tərəfimizdən daha çox iş, daha çox birlik və daha çox vətənpərvərlik olacaq”.

Venesuela mətbuatı yazır ki, ölkə miqyasında başlayan səfərbərlik 2 gün davam edəcək və bundan sonra vəziyyətə əsasən yeni qiymətləndirmə aparılacaq.

Bu arada, Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez ad çəkmədən dövlət televiziyası VTV-də canlı yayımlanan müntəzəm iclasda ABŞ-ı tənqid edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp əvvəllər Latın Amerikası narkotik şəbəkələri ilə mübarizə aparmaq üçün icra sərəncamında ordunun daha çox və daha effektiv istifadəsinə əmr edib. Bu kontekstdə ABŞ avqustun sonlarında Venesuela sahillərinə sualtı qayıqlar və hərbi gəmilərdən ibarət dəniz qüvvələri göndərib. Müdafiə naziri Pete Heqset ABŞ ordusunun rejim dəyişikliyi də daxil olmaqla, Venesueladakı əməliyyatlara hazır olduğunu elan edib.

Venesuela prezidenti Maduro cavab olaraq ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduqlarını açıqlayıb.

E. KAMAL
Избранный
38
reyting.az

1Источники