
Gürcüstan ərazisində qəzaya düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin qara qutusu Türkiyədə oxunacaq.
Missiya.Az xəbər verir ki, bu barədə türkiyəli hərbi ekspert Eray Güçlüer "Haber Global" telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, Türkiyə axtarış-xilasetmə işləri üçün bölgəyə Akıncı Hücum Tipli Pilotsuz Uçuş Aparatı göndərib:
"Yaxın müddət ərzində qara qutuların tapılma ehtimalı çox yüksəkdir. Eyni zamanda qara qutular bizdə oxunacaq, Amerikaya göndərilməyəcək", - deyə ekspert vurğulayıb.
O qeyd edib ki, bu cür təyyarələrdə baş verən sistem xətası digər işlərin bloklanmasına səbəb olur:
"Məsələn: elektrik sistemində hər hansı bir hadisə baş verir, nəticədə bu, digər sistemləri də təsir göstərir", - deyə ekspert əlavə edib.
Daşqın HəsənovMissiya.Az