RU

Əliyar Ağayev Xorvatiya - Farer adaları oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində növbəti oyuna təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Belə ki, Əliyar Ağayev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları oyununu idarə edəcək. 38 yaşlı referiyə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Portuqaliyalı Tyaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi təyinat alıb.

Qeyd edək ki, qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
28
28
arena.az

10Источники