ABŞ prezidenti Donald Tramp BBC-ni ictimaiyyəti aldatmaqda ittiham edib və onun hüquq komandası kanala bir milyard dollarlıq məhkəmə iddiası ilə hədə məktubu göndərib.
Milli.Az xəbər verir ki, məktubda BBC-dən 14 noyabra qədər sənədli filmi geri çəkməsi və üzr istəməsi tələb olunub.
Qeyd edək ki, Trampın 2021-ci ildə Konqres hadisələri ilə bağlı sözlərinin təhrif edildiyi iddialarından sonra BBC-nin baş direktoru Tim Davie və BBC News-un rəhbəri Deborah Turness istefa veriblər. BBC-nin sədri Samir Şah isə sənədli filmdəki "səhv qərara" görə üzr istəyib.
Fidan
Milli.Az