RU

"Moskva Ukrayna tərəfindən siyasi iradə nümayiş etdirilməsini gözləyir"

"Rusiya Türkiyədə Ukrayna ilə İstanbul danışıqlarına istənilən vaxt hazırdır, lakin Kiyev əvvəlki təşəbbüslərə cavab verməyib". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov deyib.

“O cümlədən bizim türkiyəli tərəfdaşlarımız da daim vurğulayırlar ki, İstanbul platforması  bizim üçün açıq qalır”, - o qeyd edib. 

Aleksey İvanovun sözlərinə görə, Moskva Ukrayna tərəfindən siyasi iradə nümayiş etdirilməsini gözləyir.

Bundan əvvəl Kreml Ukrayna üzrə danışıqlarda yaranmış fasiləyə münasibət bildirmişdi.

Qeyd edək ki, oktyabrın 20-də Avropa İttifaqı rəsmiləri Moskva və Kiyev arasında danışıqların təşkilinə çağırış etmişdilər.

Избранный
17
1
operativmm.az

2Источники