RU

Gələn il kino sahəsinə vəsait ayrılmayacaq – Polad Bülbüloğludan ETİRAZ

“Gələn ilin büdcəsindən bizim kinomuza vəsait ayrılması nəzərdə tutulmayıb. Bunun səbəblərini mən bilmirəm. Yəqin ki, Maliyyə Nazirliyinin və Mədəniyyət Nazirliyinin nümayəndələri buna münasibət bildirəcəklər”.

Bizim.Media xəbər verir ki, bunu Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcəsinin müzakirəsi zamanı deyib.

O, vəsaitin ayrılmamasını kino üçün təhlükəli olacağını bildirib:

“Azərbaycan kinosunun böyük ənənələri var. Dünyaya səs salmış filmləri var. “Arşın mal alan”dan başlamış “Babək”ə kimi gözəl film nümunələri var ki, bütün dünyada tanınır.
 

Belə bir halda kinoya heç bir vəsait ayrılmaması böyük təhlükə yaradır. Elə mütəxəssislər var ki, onlar olmasa kinonu yaratmaq mümkün olmayacaq.


Vəsaitin ayrılmaması ona gətirib çıxaracaq ki, mütəxəssislər iş yerlərini tərk edəcəklər, qaçacaqlar, gələcəkdə kinomuz inkişaf edə bilməyəcək”.

Günay Şahmar, Bizim.Media

Избранный
52
1
bizim.media

2Источники