ain.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Mirşahinin ad günüdür. Azərbaycan jurnalistikasında öz çəkisi, səs, söz tutumu olan Mirşahin Ağayev haqqında doğum günü təbriki yazmaq mənə çox xoşdur. Jurnalistika fakültəsində oxuyanda 1-ci kursda tələbə yoldaşı olmuşuq. Sonra əsgəri xidmətə getdi, yollarımız ayrıldı. Tale yolları bizi təkrar ANSTV-də görüşdürdü. Uzun illər bir yerdə çalışdıq. Mirşahinin qədrini, xarakterini onunla bir yerdə çalışanlar, jurnalist məktəbini keçənlər bilir. Kənarda durub kimlərinsə nə vaxtsa, nə məqsədlə dediklərinə fikir verməyin. Jurnalistika elə sahədir ki, iş prosesində istər-istəməz kiminsə quyruğunu tapdalamalı olursan. Bunsuz olmur, hamıya yaxşı olmaq olmur. Mənim nəzərimdə hamı üçün yaxşı olmağı bacaranlar pislərin pisidir elə.
Sən yaxşı dostsan, Mirşahin! Sən yaxşı həmkarsan, söz ustadısan, sözünün ağasısan həm də. Mən səni belə tanıyıram, belə görmüşəm, sözünün çəkisini, düz sözə görə sənə kimlərin nə çəkdirdiklərini də yaxşı bilirəm. Tanrı da bilir. Ona görə yolunu həmişə açıq saxlayır. Yolun da, sözün də həmişə açıq olsun, Şahin oğlan!
Yeri gəlmişkən, Mirşahin həm də gözəl şairdir...
Bu gecə dünyada ən ulu gecə,
Onu tanrım mənə bəxşiş veribdir,
Bu gecə müqəddəs yuxulu gecə,
Bu gecə yuxuma anam giribdir...
1-ci kursda yazdığı şeir illərdir yaddaşımda ana həniri kimi iz qoyub:
Yuxusuz gözündən rəng alıbdır dan,
Hələ saçlarımda anamın əli...
Bu gecə yuxudan doya bilmirəm,
Yuxudan anamın qoxusu gəlir...

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.