RU

Polad Bülbüloğlu: Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın gözəl, dünyaya səs salan film nümunələri var:

"Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmayıb. Düzü, bunun səbəblərini bilmirəm. Ancaq hər halda kinoya heç bir vəsait ayrılmaması düzgün deyil. Çünki maliyyə vəsaitinin olmaması kino mütəxəssislərinin iş yerlərini tərk etməsinə gətirib çıxaracaq. Nəticədə kinomuz inkişaf edə bilməyəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
5
baku.ws

7Источники