RU

Rusiya yeni hədəf qoydu: Pokrovsk 15 dekabradək, Kupyansk isə ilin sonunadək ələ keçiriləcək

Ukrayna Müdafiə Qüvvələrindəki mənbələrin RBC-Ukraynaya verdiyi məlumata görə, Rusiya ordusu yaxın həftələrdə iki mühüm şəhəri ələ keçirməyi planlaşdırır — Pokrovsk və Kupyansk.

Musavat.com xəbər verir ki, hazırda Pokrovskun cənub və cənub-qərbi Rusiya qüvvələrinin nəzarətindədir. Şəhərin mərkəzi və dəmir yolu hissəsi “boz zona” kimi qalır, yəni hər iki tərəf üçün təhlükəli və qeyri-sabit bölgədir. Şimal hissəsini isə Ukrayna ordusu hələlik qorumaqda davam edir.

Eyni zamanda Kupyansk istiqamətində Rusiya qoşunları şimal və qərbdən hücuma keçib, R07 (Kupyansk–Çuquyev) magistral yoluna çıxış əldə etməyə çalışır. Ukrayna kəşfiyyatının məlumatına görə, bu bölgədə təxminən 70 min rus hərbçisi cəmləşdirilib.

Mənbələr bildirir ki, Rusiya bu planla ilin sonunadək Donbas cəbhəsində strateji üstünlük qazanmaq niyyətindədir.

Musavat.com

Избранный
12
musavat.com

1Источники