RU

“Bütün arvadlarıma xəyanət etmişəm”

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Tanınmış şoumen Mehmet Ali Erbil son günlər yenidən şəxsi həyatı ilə gündəmə gəlib. Özündən çox kiçik olan Gülseren Ceylanla altıncı dəfə ailə quran Erbil televiziya proqramında verdiyi etiraflarla tamaşaçıları təəccübləndirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 68 yaşlı sənətçi Esra Ezmecinin "Nə hiss etdin" adlı verilişinə qonaq olaraq, keçmiş evliliklərindən və şəxsi həyatından açıq şəkildə danışıb.

Erbil "Heç xəyanət etmədiyin qadın olubmu?" sualına belə cavab verib:

"Atam da qadın düşgünü idi, düşünürəm ki, bu, genetikdir. Bəlkə də anam məni sevmədiyi üçün münasibətlərimi davam etdirmək ehtiyacı hiss etmişəm. Bütün arvadlarıma xəyanət etmişəm, hamısından üzr istəyirəm. Heç vaxt monoqam qala bilməmişəm."

O, həmçinin keçmiş həyat yoldaşlarından birinə qarşı haqsızlıq etdiyini etiraf edib:

"Kaş ki, onu tərk etməsəydim. Ad çəkmək istəmirəm, amma ona qarşı ədalətsizlik etmişəm. O, saf və məsum idi, heç vaxt mənə pislik düşünmədi. Lakin bəzi şeylər geri qaytarılmır."

Bu açıqlama bir çox izləyicilərə Erbilin 2001-ci ildə evləndiyi gənc həyat yoldaşı Sedef Altuntaşı xatırladıb. Erbil illər əvvəl verdiyi bir müsahibədə də ona qarşı haqsızlıq etdiyini etiraf etmişdi:

"O, çox gənc idi, mən isə artıq məşhur idim. Münasibətimizdə bir çox şeyi paylaşa bilmirdik. Buna görə ayrıldıq və bu, məni çox üzür."

Erbil həmçinin keçmiş həyat yoldaşlarından hansının onu ən çox gərginləşdirdiyini də açıqlayıb:

"Nergis (Kumbasar). Bəzən eyni evdə üç ay bir-birimizlə danışmadığımız olurdu."

Qeyd edək ki, Mehmet Ali Erbil 1980-ci ildən bəri altı dəfə evlənib. Son nikahı isə Gülseren Ceylanla bu ilin 28 avqustunda sənətçinin Yeniköydəki evində baş tutub. Cütlük evlilik öncəsi nikah müqaviləsi də imzalayıb.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
news.milli.az

2Источники