RU

İran XİN Türkiyəyə başsağlığı verib

BAKI, TurkicWorld, Nailə Babazadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Türkiyədə baş verən təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib.

TurkicWorld xəbər verir ki, Bəqai qəza nəticəsində həyatını itirən şəhidlərin ailələrinə başsağlığı bildirib.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədində baş verən hərbi təyyarə qəzası ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 20 türk hərbçisi şəhid olub.

Nazirliyin məlumatına görə, təyyarə dünən Azərbaycandan Türkiyəyə uçuşa başladıqdan qısa müddət sonra Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.

Məlumatda bildirilir ki, şəhid olan hərbçilərin kimliyi müəyyənləşdirilib və onların adları, həmçinin fotoları Nazirliyin rəsmi sosial media hesablarında paylaşılıb.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də hadisə ilə bağlı başsağlığı mesajı yayıb.

Hazırda qəza ilə bağlı araşdırma aparılır.

Избранный
10
turkic.world

1Источники