RU

“Qarabağ” dünya reytinqində daha 17 pillə irəlilədi - ARENA.AZ

Azərbaycanın “Qarabağ”, “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” klublarının dünya reytinqindəki mövqeləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

İFFHS-in cədvəlində planetin 502 ən yaxşı komandası yer alıb. Siyahıda Azərbaycanı 4 klub təmsil edib.

Hazırda 192,25 xalı olan “Qarabağ” yeni siyahıda 17 pillə irəliləyib. Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb.

Digər klublarımızdan “Sabah” (83,5 xal) 296-cı mövqedən 276-ya yüksəlib. “Zirə” (66,75) 407-dən 387-yə, “Araz-Naxçıvan” (66,5) da 391-dən 390-a qalxıb.

Dünya reytinqinə 567 xalı olan Fransa çempionu PSJ rəhbərlik edir. İspaniyanın “Real” klubu 511 xalla ikincidir. İlk üçlüyü İngiltərənin “Çelsi” klubu qapayır – 484 xal.

Reytinq siyahısının ilk 10 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. PSJ (Fransa) – 567 xal
  2. Real (Madrid, İspaniya) – 511 xal
  3. Çelsi (İngiltərə) – 484 xal
  4. İnter (Milan, İtaliya) – 470 xal
  5. Bayern (Almaniya) – 457 xal
  6. Barselona (İspaniya) – 419 xal
  7. Borussiya (Dortmund, Almaniya) – 394 xal
  8. Palmeyras (Braziliya) – 378 xal
  9. Arsenal (İngiltərə) – 378 xal
  10. Flamenqo (Braziliya) – 374 xal
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
8
34
arena.az

10Источники