RU

"Bolt" Səmranın pullarını oğurlayıb? - FOTOLAR

Model Səmra Hüseynova "Bolt" taksi xidmətindən şikayət edib.

Model taksi sifariş vermədiyi halda bank kartından pullar çəkildiyini bildirib.

Səmra görüntülər yayımlayaraq "Xidməti kartımdan pul çəkirlər. Həmin tarixlərdə gedişhaqqı bank kartımdan alınıb, indi də alınır. Hətta mənə -9,69 manat borc da yazdı. Kartımdan isə 20 manat pul çıxarıblar" sözlərini qeyd edib.

Model əlavə edib ki, bir gediş üçün ondan iki dəfə pul alıblar. Səmra şirkətlə danışdığını, amma onların günahı bankın üstünə atdığını deyib:

""Bolt" deyir, bankın günahıdır. Bank da pul çəkilməsi kodları göndərir ki, şirkət edib. O bunun, bu da onun üstünə atır". (Axşam.az)

Избранный
2
1
musavat.com

2Источники