RU

“Land Rover” sürücüsündən şok hərəkət: Piyadaya yol vermədi, sonra ona hücum etdi VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Paytaxtın Sabunçu rayonu, Zabrat–Balaxanı yolunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 11-də saat 17:48 radələrində qeydə alınıb. Görüntülərdən aydın olur ki, 99-SB-132 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobilin sürücüsü nizamlanmayan piyada keçidindən keçən piyadaya yol vermədən hərəkətini davam etdirib. Nəticədə o, piyadanı vurmaqdan son anda yayınıb.

Qəza təhlükəsi ilə üz-üzə qalan orta yaşlı kişi sürücüyə etiraz edib. Qayda pozmaqla kifayətlənməyən sürücü avtomobili saxlayaraq piyadaya hücum çəkib. Hadisə şahidinin bildirdiyinə görə, tərəflər arasında qısa müddətli münaqişə yaranıb.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
avtosfer.az

1Источники